Əsas məzmuna keç
Sadiq Fərhad oğlu Axundov

Sadiq Fərhad oğlu Axundov

Baş direktor

Mərkəzi Bankı

Mənbə: cbar.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Sadiq Fərhad oğlu Axundov 1991-ci ildə Lənkəran şəhərində doğulub.

Əmək fəaliyyətinə 2009-cu ildə "Azəriqazbank" ASC-nin Bank sistemləri şöbəsində mütəxəssis kimi başlayıb, bankda müxtəlif vəzifələrdə, o cümlədən Proqram təminatlarının və platformaların idarə edilməsi şöbəsinin müdiri kimi işləyib. 2017–2019-cu illərdə "Amrahbank" ASC-nin Məlumat bazası və proqramlaşdırma şöbəsinin rəisi, 2019–2024-cü illərdə "ZiraatBank Azərbaycan" ASC-nin İnformasiya texnologiyaları departamentinin direktoru olub.

2024-cü ilin mart–iyul aylarında Mərkəzi Bankın Sədrin ofisi departamentində məsləhətçi, 2024-cü ilin iyulundan 2026-cı ilin aprelinədək İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru işləyib. 1 may 2026-cı ildən Mərkəzi Bankın baş direktorudur. Ailəlidir, iki övladı var.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 2012 — Bakı Dövlət Universiteti, "İnformatika", bakalavr
  • 2015 — Bakı Dövlət Universiteti, "İnformatika", magistr
  • 2019–2023 — Bakı Dövlət Universiteti, "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)", fəlsəfə doktoru proqramı