Tərcümeyi-hal
Gülər Azər qızı Paşayeva 1989-cu ildə Bakı şəhərində doğulub.
Əmək fəaliyyətinə 2011-ci ildə "PAŞA Bank" ASC-nin "Port Baku" şöbəsində kassir kimi başlayıb. 2012-ci ilin yanvar–avqust aylarında bankın Korporativ sənədlərlə iş və protokol təminatı departamentində icraçı, 2012–2013-cü illərdə Hüquq və təşkilati işlər departamentinin Korporativ katiblik şöbəsində kolleqial orqanlarla iş üzrə koordinator, 2013–2015-ci illərdə həmin departamentin Hüquq şöbəsində hüquq məsləhətçisi olub. 2015–2021-ci illərdə Korporativ katiblik şöbəsinə, 2021–2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinə rəhbərlik edib.
2022-ci ilin iyun–iyul aylarında Mərkəzi Bank sədrinin müşaviri, 2022-ci ilin iyulundan 2024-cü ilin noyabrınadək Mərkəzi Bankın baş direktoru işləyib. 7 noyabr 2024-cü ildə Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvü, Prezidentin 4 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Mərkəzi Bank sədrinin müavini təyin edilib. Ailəlidir.
Təhsil
- 2010 — Bakı Dövlət Universiteti, "Beynəlxalq hüquq", bakalavr, fərqlənmə diplomu
- 2012 — Bakı Dövlət Universiteti, "Kommersiya hüququ", magistr, fərqlənmə diplomu
- 2021 — The Chartered Governance Institute (Böyük Britaniya), idarəetmə peşəkarları üçün ixtisaslaşma proqramı