Əsas məzmuna keç
Əliyar Qəhrəman oğlu Məmmədyarov

Əliyar Qəhrəman oğlu Məmmədyarov

Sədrin birinci müavini

Mərkəzi Bankı

Mənbə: cbar.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Əliyar Qəhrəman oğlu Məmmədyarov 1977-ci ildə Bakı şəhərində doğulub. 1999–2000-ci illərdə həqiqi hərbi xidmət keçib.

2001–2004-cü illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin 3 N-li nəzarət şöbəsində iqtisadçı və aparıcı iqtisadçı işləyib. 2004–2006-cı illərdə həmin departamentin Xarici nəzarət şöbəsindəki Pulların yuyulmasına qarşı fəaliyyət qrupuna rəhbərlik edib, 2006–2007-ci illərdə Xarici nəzarət şöbəsinin rəisi olub. 2008–2016-cı illərdə Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində direktor müavini və direktor vəzifələrində çalışıb.

2016-cı ilin mayında Mərkəzi Bank sədrinin müşaviri təyin edilib. 2017-ci ilin sentyabrından 2019-cu ilin aprelinədək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına sədrlik edib. 31 may 2022-ci ildə Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin olunub, 2022-ci ilin iyunundan 2024-cü ilin dekabrınadək sədrin müavini işləyib.

Prezidentin 4 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Mərkəzi Bank sədrinin birinci müavini təyin edilib. 2012-ci ilin fevralında Azərbaycanda bank işinin inkişafındakı xidmətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1998 — Azərbaycan Dövlət İqtisad İnstitutu, "İqtisadçı" ixtisası, fərqlənmə diplomu
  • 2008 — Nottingem Universiteti (Böyük Britaniya), MBA, fərqlənmə diplomu