Tərcümeyi-hal
Elrad Eldar oğlu Seydiyev 1985-ci ildə Gürcüstanın Tbilisi şəhərində doğulub.
2007-ci ilin fevralında Mərkəzi Bankın Bazar əməliyyatları departamentində iqtisadçı kimi işə başlayıb. 2008–2020-ci illərdə həmin departamentin Bazar əməliyyatları şöbəsində kiçik diler, diler, böyük diler və şöbə rəisi vəzifələrində çalışıb. 2020-ci ilin yanvarından 2025-ci ilin fevralınadək Mərkəzi Bankın Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru olub.
3 fevral 2025-ci ildən Mərkəzi Bankın baş direktorudur. Ailəlidir, üç övladı var.
Təhsil
- 2005 — Azərbaycan Dövlət İqtisad Universiteti, "Maliyyə-kredit", bakalavr
- 2007 — Azərbaycan Dövlət İqtisad Universiteti, "Maliyyə-kredit", magistr, fərqlənmə ilə