Əsas məzmuna keç
Anar Eldar oğlu Mansurov

Anar Eldar oğlu Mansurov

Baş direktor

Mərkəzi Bankı

Mənbə: cbar.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Anar Eldar oğlu Mansurov 1986-cı ildə Bakı şəhərində doğulub.

Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikasının Beynəlxalq Bankında başlayıb, 2008–2011-ci illərdə bankın Maliyyə menecmenti departamentində müxtəlif vəzifələr tutub. 2011–2017-ci illərdə "Azərikard" MMC-nin Maliyyə menecmenti departamentinin direktoru olub. 2019-cu ilin iyunundan 2022-ci ilin avqustunadək "AzerGold" QSC-də Maliyyə şöbəsinin müdiri işləyib, 2019–2022-ci illərdə həmçinin "AzReTəkrarsığorta" ASC-nin Direktorlar Şurasının müstəqil üzvü olub.

2022-ci ilin avqustundan 2025-ci ilin fevralınadək Mərkəzi Bankın Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsində çalışıb. 3 fevral 2025-ci ildən Mərkəzi Bankın baş direktorudur. Ailəlidir, iki övladı var.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 2008 — Azərbaycan Dövlət İqtisad Universiteti, "Maliyyə-kredit", bakalavr
  • 2011 — Azərbaycan Dövlət İqtisad Universiteti, magistr
  • 2022 — Warwick Universiteti, "Biznesin idarə edilməsi" (MBA), magistr