Tərcümeyi-hal
Fuad Fərman oğlu İsayev 1982-ci ildə Gürcüstanın Qardabani rayonunda doğulub.
2005-ci ildə Mərkəzi Bankda işə başlayıb: 2005–2009-cu illərdə Tədqiqatlar və statistika departamentində iqtisadçı və aparıcı iqtisadçı, 2009–2015-ci illərdə Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsində mütəxəssis və böyük mütəxəssis, 2015–2016-cı illərdə həmin şöbədə Bank qrupu üzrə rəhbər olub. 2016–2017-ci illərdə "Bank Respublika" ASC-nin Risklərin idarə edilməsi departamentində Maliyyə risklərinin idarəedilməsi şöbəsinin rəisi, sonra departamentin direktoru işləyib.
2017–2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji təhlil və risklərin idarə edilməsi idarəsinin rəisi olub. 2019–2020-ci illərdə Mərkəzi Bankın İqtisadi təhlil departamentində Maliyyə sektoru və bazarlarının təhlili şöbəsinin rəisi, 2020–2024-cü illərdə Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru işləyib.
6 yanvar 2025-ci ildən Mərkəzi Bankın baş direktorudur. Ailəlidir, iki övladı var.
Təhsil
- 2003 — Azərbaycan Dövlət İqtisad Universiteti, "Vergilər və vergitutma", bakalavr, fərqlənmə diplomu
- 2007 — Azərbaycan Dövlət İqtisad Universiteti, "Maliyyə və kredit", magistr, fərqlənmə diplomu