Əsas məzmuna keç
Əli İsmayıl oğlu Əhmədov

Əli İsmayıl oğlu Əhmədov

Sədrin müavini

Mərkəzi Bankı

Mənbə: cbar.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Əli İsmayıl oğlu Əhmədov 1982-ci ildə Naxçıvan şəhərində doğulub.

2004-cü ilin avqustunda Mərkəzi Bankın Monetar siyasət departamentinin Monetar təhlil və proqnozlaşdırma şöbəsində iqtisadçı kimi işə başlayıb, 2005-ci ilin iyulunda İqtisadi tədqiqatlar və proqnozlaşdırma departamentinin Maliyyə proqramlaşması şöbəsinə keçib. 2006–2008-ci illərdə Milli Bankın Tədqiqatlar və statistika departamentində iqtisadçı və aparıcı iqtisadçı, 2008–2011-ci illərdə Bazar əməliyyatları departamentinin Risklərin idarə edilməsi şöbəsində böyük analitik olub, 2013-cü ilin avqustunadək həmin şöbənin rəisi işləyib.

2013-cü ilin avqustundan 2014-cü ilin iyununadək ABŞ-ın Cons Hopkins Universitetində təhsil alıb. 2014–2015-ci illərdə yenidən Risklərin idarə edilməsi şöbəsinin rəisi, 2015-ci ilin iyunundan Bazar əməliyyatları departamentinin direktor müavini – şöbə rəisi, 2016-cı ilin aprelindən 2020-ci ilin yanvarınadək həmin departamentin direktoru olub. 2020-ci ilin yanvarından 2024-cü ilin noyabrınadək Mərkəzi Bankın baş direktoru vəzifəsində çalışıb.

7 noyabr 2024-cü ildə Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvü, Prezidentin 4 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Mərkəzi Bank sədrinin müavini təyin edilib. 2019-cu ilin sentyabrında Azərbaycanda mərkəzi bankçılığın 100 illiyi münasibətilə və bank işinin inkişafındakı xidmətinə görə "Tərəqqi" medalı ilə təltif olunub. Ailəlidir, iki övladı var.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 2004 — Qazi Universiteti (Türkiyə), "İqtisadiyyat", bakalavr
  • 2006 — Odlar Yurdu Universiteti və ABŞ-ın Corciya Dövlət Universitetinin birgə proqramı, "Biznesin idarə olunması" (MBA), magistr
  • 2014 — Cons Hopkins Universiteti (ABŞ), "Dövlət siyasəti", beynəlxalq magistr dərəcəsi

Xəbərlərdə

“Əli Əhmədov” haqqında bütün xəbərlər (7) →