Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əli Əhmədov Rusiya ilə parlament dialoqunun rolunu vurğuladı

2 dəq
Paylaş:
Əli Əhmədov Rusiya ilə parlament dialoqunun rolunu vurğuladı

-Rusiya münasibətləri möhkəm mehriban qonşuluq, dostluq və ənənələrinə əsaslanır, parlamentlərarası dialoq isə ikitərəfli əlaqələrin gələcək inkişafının mühüm vasitəsi olaraq qalır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu sədrinin birinci müavini Əli Əhmədov Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyasının Bakıda keçirilən 25-ci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yüksək səviyyəli müntəzəm təmaslar və dövlət qurumlarının fəal qarşılıqlı fəaliyyəti iki ölkə arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.

Ə.Əhmədov qeyd edib ki, fəaliyyət göstərdiyi illər ərzində Parlamentlərarası Komissiya Azərbaycan və Rusiyanın qanunverici orqanları arasında daimi təmasların saxlanılması, eləcə də diplomatiyasının inkişafı üçün səmərəli platforma kimi özünü təsdiq edib.

O vurğulayıb ki, hazırkı iclasın gündəliyinə parlament demokratiyasının inkişafı, səhiyyə, tibb sahəsi üzrə kadrların hazırlığı, elm və təhsil sahələrində məsələləri daxil edilib:

"Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi və təcrübə mübadiləsi parlament fəaliyyətinin səmərəliliyinin artırılmasına və ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinə kömək edir. Səhiyyə, elm və təhsil sahələrində əməkdaşlıq məsələləri xüsusi əhəmiyyət kəsb edir. Çünki onlar birbaşa insan kapitalının inkişafı, cəmiyyətin rifahı və humanitar əlaqələrin möhkəmləndirilməsi ilə bağlıdır".

Ə.Əhmədov Parlamentlərarası Komissiyanın hazırkı iclasının iki ölkə arasındakı parlamentlərarası dialoqun inkişafında növbəti mühüm mərhələ olacağına əminliyini ifadə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax