Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
“Operativ Məlumat Mərkəzi-OMM”"Unikal"a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, direktor vəzifəsinə Məhərrəm Müzəffərov təyinat alıb.
Qeyd edək ki, M.Müzəffərov daha əvvəl Müdafiə Nazirliyinin Baş Klinik Hospitalda Ürək-damar cərrahiyyəsi şöbəsinin rəisi vəzifəsində işləyib.