Qazaxıstanın Çimkənd şəhərində əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
U-20 milli komandanın məşqçisi Akif Əliyevin rəhbərliyi altında yarışda iştirak edən Azərbaycan təmsilçilərindən ikisi fəxri kürsüyə qalxıb.
77 kq çəki dərəcəsinin finalında Davud Məmmədov qardaşı Cavad Məmmədova 3:1 hesabı ilə qalib gələrək çempion olub. Cavad Məmmədov gümüş medal qazanıb.