Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova dünya çempionatında əldə etdikləri tarixi nəticəyə münasibət bildirib. Gimnast jurnalistlərə açıqlamasında yarışa ilboyu hazırlaşdıqlarını söyləyib.
“Tarixə düşə bildiyimiz üçün sevinirəm. Ötən il qardaşım Maqsud Mahsudovla dünya çempionatında bürünc medal qazanmışdıq. Bu il isə nəticəmizi yaxşılaşdıraraq gümüş medal qazandıq. Bundan əlavə, dünyanın ən çətin proqramını yerinə yetirdik. Uğurumuza çox sevinirəm”, – Mahsudova qeyd edib.
Selcan Mahsudova və Maqsud Mahsudov Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatının gümüş medalına sahib olublar.