Əsas məzmuna keç

Cənubi Koreyada zəncirvari qəzada 57 nəfər xəsarət alıb

Cənubi Koreyada zəncirvari qəzada 57 nəfər xəsarət alıb

Cənubi Koreyanın paytaxtı Seulun cənubundakı Sonnam şəhərində nəqliyyatın hərəkətinin intensiv olduğu səhər vaxtı sərnişin avtobusu işıqforda dayanan 32...

en ru

Cənubi Koreyanın paytaxtı Seulun cənubundakı Sonnam şəhərində nəqliyyatın hərəkətinin intensiv olduğu səhər vaxtı sərnişin avtobusu işıqforda 32 vasitəsinə çırpılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” Yonhap agentliyinə istinadla xəbər verir ki, avtobusun sürücüsü idarəetməni itirərək əvvəlcə yol kənarındakı baryerə, sonra isə qırmızı işığa görə dayanan digər nəqliyyat vasitələrinə çırpılıb. Zərər görən nəqliyyat vasitələri arasında digər 4 digər , yük maşını və 27 fərdi olub. Qəza nəticəsində 57 nəfər bədən xəsarəti alıb. Onlardan 9 nəfərinin zədəsi ciddidir.

Yanğınsöndürmə xidməti hadisə yerinə 88 əməkdaş və 33 nəqliyyat vasitəsi göndərib. Qəza yaşayış kompleksinin yaxınlığındakı yol qovşağında ciddi tıxaca səbəb olub.

Xəstəxanaya yerləşdirilən avtobus sürücüsünün polisə verdiyi ilkin ifadəsində qəzanın avtobusun əyləc sistemindəki nasazlıqdan qaynaqlandığını bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…