Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununa çıxacaq.
A qrupunun ilk turunda Azərbaycan millisi Bakıda İsveçrə yığması ilə qarşılaşacaq. Milli Gimnastika Arenasında keçiriləcək görüş saat 15:00-da başlayacaq.
Azərbaycan millisi seçmə mərhələnin növbəti matçında noyabrın 14-də İrlandiya yığmasını qəbul edəcək.
Kontekst
Noyabrın 5-də açıqlanmış məlumata görə, Azərbaycan millisi noyabrın 11-də saat 15:00-da İsveçrə, noyabrın 14-də isə saat 14:00-da İrlandiya ilə Milli Gimnastika Arenasında qarşılaşmalı idi.