Əsas məzmuna keç

Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq

Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
— Foto: idman.biz

Yeniyetmə şahmatçılar arasında qitə çempionatı noyabrın 3-də Yunanıstanın İraklion şəhərində start götürəcək. Yarışda 49 ölkədən 1250 şahmatçı altı yaş kateqoriyasında mübarizə aparacaq.

en ru

Yeniyetmə şahmatçılar arasında noyabrın 3-də Yunanıstanın İraklion şəhərində başlayacaq. yarışa 40 şahmatçı ilə qatılacaq.

Azərbaycan təmsilçiləri arasında yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş medalçısı Mehriban Əhmədli və bürünc mükafatçısı Məryəm Ağaverdiyeva da var.

Ümumilikdə 49 ölkədən 1250 şahmatçı altı yaş kateqoriyasında medallar uğrunda yarışacaq.

Azərbaycan komandasını Yunanıstanda yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Nicat Məmmədov, məşqçilər Fərid Abbasov, Elmar Atakişiyev və Orxan Abdulov, eləcə də nümayəndə heyətinin rəhbəri Raul Quliyev müşayiət edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…