Əsas məzmuna keç

Vüsalə Bentley 5 saat 3 dəqiqə plank vəziyyətində qalıb

Vüsalə Bentley 5 saat 3 dəqiqə plank vəziyyətində qalıb
— Foto: idman.biz

Azərbaycanəsilli ABŞ-li atlet Vüsalə Bentley qadınlar arasında plank üzrə dünya rekorduna iddialı nəticə göstərib. Onun 5 saat 3 dəqiqəlik göstəricisi Ginnesin Rekordlar Kitabı tərəfindən hələ təsdiqlənməyib.

en ru

Azərbaycanəsilli ABŞ-li atlet Vüsalə Bentley qadınlar arasında plank üzrə dünya rekorduna iddialı nəticə göstərib. O, fasiləsiz olaraq 5 saat 3 dəqiqə plank vəziyyətində qalıb.

Shimal.news.az-ın məlumatına görə, əslən Xaçmazdan olan Bentley bu nəticəyə oktyabrın 24-də ABŞ-nin Minnesota ştatının Mankato şəhərində keçirilən tədbirdə nail olub.

İdmançının təşəbbüsü xeyriyyə məqsədi də daşıyıb. Tədbir zamanı yerli xeyriyyə təşkilatı üçün 15 min dollardan çox ianə toplanıb. Bentley yerli mediaya açıqlamasında məqsədinin şəxsi nailiyyətdən daha çox cəmiyyətə dəstək olmaq olduğunu bildirib.

Nəticə Ginnesin Rekordlar Kitabı tərəfindən hələ rəsmi təsdiqlənməyib. Bentley rekordun qeydə alınması üçün müraciət edib, təsdiqləmə prosesinin isə bir neçə ay çəkəcəyi gözlənilir. O, bundan sonra ABŞ-nin 50 ştatının hər birində ən azı bir saat plank edərək xeyriyyə təşəbbüsünü davam etdirməyi planlaşdırır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…