Əsas məzmuna keç

Ötən ay ölkədə temperatur iqlim normasından 3 dərəcə yüksək olub

Ötən ay ölkədə temperatur iqlim normasından 3 dərəcə yüksək olub

Azərbaycanda oktyabrda hava iqlim normasından 3 dərəcə yuxarı olub. Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanda oktyabrda hava normasından 3 dərəcə yuxarı olub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ay ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 25 gün normadan yuxarı (1–8 dərəcə), 3 gün normadan aşağı (1–6 dərəcə) olub. 3 gün temperatur iqlim norması daxilində müşahidə edilib. Orta aylıq temperatur 19 dərəcə isti olub ki, bu da iqlim normasından 3 dərəcə yuxarıdır.

və yarımadasında maksimal temperatur oktyabrın 18-də Sumqayıtda 30 dərəcə isti, bölgələrdə isə oktyabrın 14-də Zəngilanda 34 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında oktyabrın 4-də Bakıda 10 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə həmin tarixdə Şahdağda 5 dərəcə şaxta olub.

Oktyabr ayının bəzi günlərində fasilələrlə yağıntılı müşahidə olunub, şimşək çaxıb. Bəzi yerlərdə yağıntılar intensiv, leysan xarakterli və güclü olub. Dağlıq ərazilərə sulu qar və qar yağıb. Qar örtüyünün maksimal hündürlüyü Qrızda (Quba) 10 sm qeydə alınıb. Ümumilikdə, ay ərzində bölgələrdə 30 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı Mərkəzi Aran zonasında aylıq normanın 441 faizi olmaqla 199 mm (Neftçala), Balakən–Şəki zonasında aylıq normanın 238 faizi olmaqla 206 mm (Şəkinin Kişçay ərazisi), Bakı və Abşeron yarımadasında isə aylıq normanın 448 faizi olmaqla 84 mm (Neft Daşları) təşkil edib.

Oktyabr ayı ərzində Yardımlı və Gədəbəy rayonlarının bəzi ərazilərində, Zaqatala rayonunun Yuxarı Tala kəndində, Şəki rayonunun Oxud və Kişçay kəndlərində, eləcə də Şahbuz rayonunun Biçənək kəndində dolu müşahidə olunub. Ən iri dolu oktyabrın 10-da Yardımlı rayonunda qeydə alınıb, diametri 18–20 mm olub.

Ay ərzində Bakı və Abşeron yarımadasında 4 gün, bölgələrdə isə 11 gün şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 27 m/s, bölgələrdə isə 20 m/s təşkil edib.

Hava proqnozu

19° Bakıda indiAz buludlu
  1. Bu gün Az buludlu 19° 16°
  2. Sabah Günəşli 20° 15°
  3. Birisi gün Arabir yağış 20° 16° yağış 45%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…