Əsas məzmuna keç

Azərbaycan velosipedçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan velosipedçiləri Avropa çempionatında iştirak edəcəklər
— Foto: idman.biz

Azərbaycanın dörd velosipedçisi Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatında mübarizə aparacaq.

en ru

Azərbaycanın şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək təmsilçiləri müəyyənləşib.

Gənclər kateqoriyasında Rəhim Nağıyev və Nihad Xudoyev, elitlər arasında isə Nofəl Nuriyev və Şahin Eyvazov çıxış edəcəklər.

velosipedçiləri fərdi və qrup ötüşməsi növlərində qüvvələrini sınayacaqlar. İdmançılar artıq Sloveniyaya yollanıblar.

Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək yarış oktyabrın 2-dən 7-dək davam edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…