Əsas məzmuna keç

Rahilə Hüseynzadə qadın ağırlıqqaldıranlara dəstək azlığından danışıb

Rahilə Hüseynzadə qadın ağırlıqqaldıranlara dəstək azlığından danışıb
— Foto: idman.biz

Azərbaycanlı ağırlıqqaldıran oktyabrda Albaniyada keçirilən Avropa çempionatında 2 gümüş və 1 bürünc medal qazanıb. O, əsas hədəfinin qarşıdakı yarışlarda medal əldə etmək olduğunu bildirib.

en ru

Azərbaycanlı ağırlıqqaldıran Rahilə Hüseynzadə oktyabrda Albaniyada keçirilən 23 yaşadək və gənclər arasında Avropa çempionatındakı çıxışını dəyərləndirib. 23 yaşlı idmançı yarışda 2 gümüş və 1 bürünc medal qazanıb.

Hüseynzadə bu yaş kateqoriyasında medal qazanan ilk azərbaycanlı qadın ağırlıqqaldıranlardan biri olmaqdan qürur duyduğunu, amma nəticəsindən tam razı qalmadığını deyib. Onun sözlərinə görə, hədəfi çempion olmaq idi. Qazandığı medalları yeni başlanğıc və motivasiya kimi qiymətləndirən idmançı növbəti yarışlara daha yaxşı hazırlaşacağına inanır.

Ağırlıqqaldırmaya gəlişi

İdmançı bu növə qardaşının məşqlərini izlədikdən sonra maraq göstərməyə başlayıb. Milli komandaya seçilməsi, beynəlxalq yarışlarda iştirakı və xarici idmançılarla təcrübə mübadiləsi marağını artırıb.

Hüseynzadə Azərbaycanda qadınlar arasında ağırlıqqaldırmanın geniş yayılmadığını və onu dəstəkləməyənlərin daha çox olduğunu bildirib. Bəzi şəxslərin bu idman növünün qadınlara uyğun olmadığını, boyun qısa qalmasına və müxtəlif problemlərə səbəb olacağını dediyini söyləyib. O, uğursuz nəticədən sonra bəzilərinin idmançıya inamını itirməsinin təəssüf doğurduğunu vurğulayıb.

Hədəfi qarşıdakı turnirlərdir

Artıq böyüklər arasında da yarışan Hüseynzadə bu kateqoriyada rəqabətin daha güclü olduğunu deyib. Onun diqqəti 2027-ci ildə keçiriləcək yarışlara, xüsusilə 2028-ci il Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirlərə yönəlib. İdmançının əsas məqsədi həmin yarışlarda medal qazanmaqdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…