Qadınlardan ibarət Azərbaycan basketbol millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi ev oyunlarına biletlər satışa çıxarılıb. Bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Azərbaycan millisi noyabrın 11-də saat 15:00-da İsveçrə, noyabrın 14-də isə saat 14:00-da İrlandiya yığması ilə qarşılaşacaq.
Hər iki oyun Milli Gimnastika Arenasında keçiriləcək. Qarşılaşmaları arenadan izləmək istəyən azarkeşlər biletləri azebasketball.com saytından və ya oyun günü arenanın kassasından əldə edə bilərlər.
14 yaşadək uşaqlar üçün bilet tələb olunmur.