Əsas məzmuna keç

Kuryerlərin NƏZƏRİNƏ! - 15 manat vergi ÖDƏYƏCƏKSİNİZ

Kuryerlərin NƏZƏRİNƏ! - 15 manat vergi ÖDƏYƏCƏKSİNİZ

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur.

en ru

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, bu, Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, sifarişlərin kuryerlər tərəfindən çatdırılması , motosiklet, velosiped və skuter olmaqla müxtəlif vasitələrlə həyata keçirilir. Bu şəxslərin vergi orqanlarına hesabat təqdim etmək və gəlir-xərc uçotu aparmaq kimi vərdişləri demək olar ki, yoxdur və bir çox hallarda mövcud inzibati yük onları qeyri-rəsmi fəaliyyətə sövq edir.

Eyni zamanda, kuryer fəaliyyəti son illərdə elektron ticarətin genişlənməsi ilə paralel olaraq sürətlə artmış və əsasən fərdi qaydada, muzdlu işçi cəlb etmədən fəaliyyət göstərən fiziki şəxslər tərəfindən həyata keçirilən xidmət sahəsinə çevrilmişdir. Bu baxımdan, aylıq sabit məbləğ əsasında sadələşdirilmiş verginin müəyyən edilməsi və vergi öhdəliklərinin sabit qəbz vasitəsilə yerinə yetirilməsi təklif olunur ki, bu da vergilərin hesablanması, ödənilməsi və hesabatlılıq üzrə inzibatçılığı əhəmiyyətli dərəcədə sadələşdirəcək, mühasibatlıq xərclərini azaldacaq.

Təklif olunan sabit vergi modeli həm də vergi orqanları üçün nəzarət və inzibatçılığı asanlaşdırır, əməliyyatların rəsmiləşdirilməsini edir və sektor üzrə dövriyyənin daha şəffaf uçotuna imkan yaradır. Nəticədə, qeyri-rəsmi fəaliyyət göstərən kuryerlərin rəsmi fəaliyyətə keçidi təşviq olunur və sahibkarlar üçün əməliyyat xərcləri azalır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…