Özəl məhkəmə ekspertinin gəlirləri vergiyə cəlb ediləcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir.
Layihə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyekti hesab ediləcək.
Belə ki, həmin gəlirdən 10 faiz dərəcə ilə vergi tutulacaq.