La Liqanın prezidenti Xavyer Tebas İspaniya çempionatında hakimlərə əsas təzyiqin “Real Madrid”dən gəldiyini deyib. Funksioner bildirib ki, hakimlik mövzusunu hər iki böyük klub gündəmə gətirir, lakin onların yanaşmaları fərqlidir.
“Hakimlər həm “Real Madrid”, həm də “Barselona” tərəfindən təzyiq altındadır. Hər iki klub digərinin etdiklərindən danışır, xüsusilə də “Real Madrid”. Ən böyük təzyiq “Real Madrid TV”dən gəlir. “Real Madrid”in davranışı “Barselona”nın davranışından tamamilə fərqlənir”, – deyə Tebasın sözlərini The Touchline sosial şəbəkə X-də yayıb.