“Real Madrid” La Liqanın intizam komitəsi tərəfindən 3 min avro cərimələnib. İspaniyanın AS nəşrinin məlumatına görə, cəzaya klub azarkeşlərinin La Liqanın prezidenti Xavyer Tebasla bağlı banner açması və onun əleyhinə şüarlar səsləndirməsi səbəb olub.
Banner oktyabrın 18-də “Santyaqo Bernabeu” stadionunda keçirilən “Real Madrid” – “Sevilya” matçı zamanı nümayiş etdirilib. Qarşılaşma La Liqanın 9-cu turu çərçivəsində baş tutub və meydan sahibləri 4:1 hesabı ilə qalib gəlib. Banner üzərində “Bu, futbol deyil, Tebas və Neqrey radır” yazılıb. Adların Barselonanın rəngləri olan göy-qırmızı ilə vurğulanması “Barselona”nın xeyrinə qərəzə işarə kimi təqdim olunub.
“Real Madrid”in futbolçuları Arda Gülər (30-cu dəqiqə), Kilian Mbappe (37 və 63-cü dəqiqələr) və Diomande (82-ci dəqiqə) fərqlənib. “Sevilya”nın yeganə qolunu Bueno 80-ci dəqiqədə vurub. Banner və şüarlara görə klub 3 min avro cərimələnib.