Mayami yaxınlığında helikopter dənizə düşüb: 1 nəfər ölüb
Key Biçeynbi sahillərində baş verən qəza nəticəsində helikopterdəki üç nəfərdən biri həyatını itirib, iki nəfər yaralanıb. Yaralıların vəziyyəti kritik, lakin stabildir.
ABŞ Sahil Mühafizəsi “X” sosial media platformasındakı rəsmi hesabında paylaşım edərək Mayami yaxınlığındakı Key Biskeyn sahillərində kiçik helikopterin dənizə düşdüyünü açıqlayıb. Hadisə nəticəsində helikopterdə olan üç nəfərdən biri həyatını itirib, ikisi isə yaralanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Mayami-Deyd Şerif Ofisinin verdiyi açıqlamada yaralıların dərhal xəstəxanaya çatdırıldığı, vəziyyətlərinin kritik, lakin stabil olduğu bildirilib.
İlkin araşdırmalara əsasən, dənizdəki qayıqları görüntüləmək məqsədilə havaya qalxan “Robinson R44” tipli helikopter uçuşdan təxminən yeddi dəqiqə sonra Biskayn körfəzinə aşıb.
Hadisənin başvermə səbəblərini müəyyənləşdirmək üçün ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən genişmiqyaslı araşdırmaya başlanılıb.
OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?
Növbəti oxuyun
ABŞ ara seçkiləri: Demokratlar Senatda 51 yer qazandı
Növbəti xəbər yüklənir…