Əsas məzmuna keç

Tramp İranla bağlı qərarını müdafiə edib

Tramp İranla bağlı qərarını müdafiə edib

ABŞ prezidenti Donald Tramp İranla bağlı qərarının ölkəsinin və dünyanın uzunmüddətli maraqlarına uyğun olduğunu bildirib. O, İranla bağlı gərginliyin artması ehtimalını da dəyərləndirəcəklərini deyib.

en ru

ABŞ Prezidenti Konqresə keçirilən aralıq seçkilərinin ilk nəticələrini şərh edib. "" nəşrinin jurnalisti Daşa Börnsün zəngindən sonra canlı yayıma qoşularaq səsvermənin gedişatı və nəticələri barədə diqqətçəkən bəyanatlar verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, seçki bülletenində öz adı olacağı təqdirdə qələbənin daha rahat əldə olunacağını iddia edib:

"Dedim ki, bülletendə mən varmışam kimi düşünün, amma seçicilər mənimlə razılaşmadı. Əksər hallarda onlar namizədləri bəyənmədilər".

konqresdə çoxluğu ələ keçirməyə yaxın olan demokratlarla əməkdaşlığa açıq olduğunu bildirib. Bütün qanun layihələrinə veto qoymaq hüququnun olduğunu xatırladan Tramp, qarşıdakı iki il ərzində bu səlahiyyətindən istifadə etmək niyyətində olmadığını vurğulayıb.

İran siyasətinin seçki nəticələrinə zərbə vurması ilə bağlı tənqidlərə toxunan ABŞ lideri geri adım atmadığını bəyan edib: "Bir çoxları neftin qiymətinin yüksəlməsində İran faktorunu günahlandırır. Lakin ölkəmizin, hətta dünyanın uzunmüddətli maraqları naminə İranla bağlı qəbul etdiyim qərarın tamamilə doğru olduğuna və doğru olaraq qalacağına əminəm".

İranda gərginliyin yenidən artması ehtimalını şərh edən Tramp müvafiq "fürsət" yarandığı təqdirdə lazımi addımları atacaqlarını qeyd edib. O, İrana qarşı nüvə silahından istifadə ediləcəyi ilə bağlı iddialara isə kəskin cavab verib: "Buna heç bir ehtiyacım yoxdur. Biz onları artıq məhv etmişik".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…