Əsas məzmuna keç

“Fənərbağça”nın yeni baş məşqçi bəlli oldu - DETALLAR

“Fənərbağça”nın yeni baş məşqçi bəlli oldu - DETALLAR

Türkiyənin “Fənərbağça” klubu baş məşqçi postuna portuqaliyalı mütəxəssis Serjio Konseysaonu gətirməyə hazırlaşır. Bu barədə “Habertürk”ün HT Spor müxbiri...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Türkiyənin “Fənərbağça” klubu baş postuna portuqaliyalı mütəxəssis Serjio Konseysaonu gətirməyə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Habertürk”ün HT Spor müxbiri Esra Köse məlumat yayıb.

Bildirilib ki, İstanbul təmsilçisi 51 yaşlı çalışdırıcının namizədliyi ilə bağlı razılığa gəlib və onu İstanbula dəvət edib. Konseysaonun yaxın vaxtlarda Türkiyəyə gələcəyi gözlənilir.

Fenerbahçe'de Conceiçao sesleri: İstanbul'a davet edildi!

Məlumata görə, “Fənərbağça” rəhbərliyi portuqaliyalı mütəxəssislə bağlı bir sıra şəxslərlə də məsləhətləşib. Onun namizədliyinə Joze Mourinyo və Pep Qvardioladan da müsbət rəylər alındığı iddia olunur.

HT Spor şərhçisi Necati Mete isə Konseysaonun “Liverpul”la oyundan əvvəl İstanbula gələ biləcəyini bildirib. Onun sözlərinə görə, mütəxəssisin çətin vəziyyətlərdə operativ qərarlar qəbul etmək bacarığı da seçimə təsir edən amillərdəndir.

Porto ilə 11 kubok qazandı

Serjio Konseysao məşqçilik karyerasında ən böyük uğurlarını Portuqaliyanın “Porto” klubunda qazanıb. O, 2017-ci ildə komandanın təyin olunub və yeddi mövsüm ərzində kollektivə rəhbərlik edib.

Bu müddətdə “Porto” üç dəfə Portuqaliya çempionu olub, dörd dəfə ölkə kubokunu, üç dəfə Superkuboku və bir dəfə Liqa kubokunu qazanıb.

Fc Portos Head Coach Sergio Conceicao Editorial Stock Photo - Stock Image | Shutterstock Editorial

Konseysao 2024-cü ilin dekabrında “Milan”ın baş məşqçisi təyin edilib. İtaliya klubunda İtaliya Superkubokunu qazansa da, 2025-ci ilin mayında vəzifəsindən ayrılıb. Onun son iş yeri Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu olub. Mütəxəssis 2026-cı ilin iyununda bu komanda ilə yollarını ayırıb.

Qeyd edək ki, Konseysao məşqçilik karyerası ərzində ümumilikdə 12 titul qazanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…