“Araz-Naxçıvan” baş məşqçi postuna Yuri Maksimovu təyin edib.
Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ukraynalı mütəxəssislə müqavilə 2026-2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. Məşqçilər korpusuna digər təyinatlarla bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, Yuri Maksimov müxtəlif illərdə “Vorskla”, “Dnepr-1”, “Polose”, “Taraz”, “Mordoviya”, “Metallurq”, “Krivbass”, “Obolon”, ÇSKA (Kiyev) komandalarında baş məşqçi vəzifəsində çalışıb. 58 yaşlı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər “Keşlə” (indiki “Şamaxı”) klubunun baş məşqçisi olub, Azərbaycan Kubokunu qazanıb.