İtaliya A Seriyasının 11-ci turunda “Roma” “Sassuolo”nu qəbul edib. Görüş paytaxt klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 27-ci dəqiqəsində Mario Ermoso hesabı açıb. Üç dəqiqə sonra Sebastyan Valukyeviç avtoqol müəllifi olub və “Roma” üstünlüyünü iki topa çatdırıb.
Rodrigu Mora 58-ci dəqiqədə fərqlənərək yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra 27 xalı olan “Roma” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Sassuolo” 8 xalla 17-ci yerdədir.