Əsas məzmuna keç

Yevgeni Kukseviç postundan ayrıldı

Yevgeni Kukseviç postundan ayrıldı

Futzal üzrə yığmamızın və Naxçıvan təmsilçisinin sükanı arxasında dəyişiklik baş verib. Rusiyalı mütəxəssis Yevgeni Kukseviçlə yollar niyə ayrıldı?

en ru

Kukseviç futzal üzrə millisinin və "Araz-Naxçıvan" klubunun baş məşqçi postundan ayrılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.

O, iyulun sonunda müqaviləsinin müddəti bitən rusiyalı mütəxəssislə yolların ayrılmasının səbəblərini açıqlayıb:

"Bu mövsüm "Araz-Naxçıvan"da müəyyən dəyişikliklər olacaq. Legionerlərin sayını azaldaraq daha çox millinin oyunçularına üstünlük verəcəyik. Bu səbəbdən Yevgeni Kukseviçlə yolları ayırdıq. Həmçinin AFFA İcraiyyə Komitəsi onun milliyə namizədliyini də təsdiqləmədi. Buna görə də o, nə yığmada, nə də "Araz-Naxçıvan"da olacaq".

M.Sadıqov yeni baş məşqçi təyinatı ilə bağlı məsələyə də toxunub:

"Yaxın 10 gün ərzində Naxçıvan klubuna yeni baş məşqçi təyinatı gerçəkləşəcək. Bu proses yekunlaşdıqdan sonra ictimaiyyətə təqdim olunacaq. Çox güman, daha həm milliyə, həm də kluba eyni rəhbərlik etməyəcək".

Xatırladaq ki, Yevgeni Kukseviç 2025-ci ilin yanvarında "Araz-Naxçıvan"ın, iyununda isə milli komandanın təyin olunmuşdu. O, hər iki vəzifəni paralel olaraq icra edirdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…