Azərbaycanın yunan-Roma güləşi üzrə dünya çempionu Sənan Süleymanov ailə həyatı qurub. İdmançının toy mərasimindən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Mərasimdə onun idmançı dostları da iştirak ediblər.
Şənlikdə güləşçilər milli rəqslərimizdən olan “Cəngi”nin sədaları altında oynayıblar. Rəqs zamanı onlar Sənanı qaldırıb yenidən yerə qoyaraq güləş fəndlərini xatırladan hərəkətlər ediblər.
Süleymanov oktyabrın 25-də Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb. 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Moldova təmsilçisi Aleksandrin Qutsunu 8:3 hesabı ilə məğlub edərək karyerasında ilk dəfə dünya çempionu olub. Bundan əvvəl o, dünya çempionatlarında iki dəfə gümüş medal qazanmışdı.
Kontekst
Süleymanov oktyabrın 25-də Astanada keçirilən dünya çempionatının qalibi olub.