Əsas məzmuna keç

Arseniy Djioyev dünya çempionatında gümüş medal qazandı

Arseniy Djioyev dünya çempionatında gümüş medal qazandı
— Foto: idman.biz

Azərbaycanın sərbəst güləşçisi Arseniy Djioyev 86 kq çəki dərəcəsinin finalında ABŞ təmsilçisi Kayl Deykə 2:3 hesabı ilə uduzub. Güləşçi qızıl medal qazanmaq istədiyini, mübarizəsini davam etdirəcəyini deyib.

en ru

Azərbaycanın sərbəst güləşçisi Arseniy Djioyev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanıb. 86 kq çəki dərəcəsinin finalında o, təmsilçisi Kayl Deykə 2:3 hesabı ilə məğlub olub.

Finaldan sonra təəssüratlarını bölüşən Djioyev qızıl medal qazanmağı çox istədiyini bildirib. “Qızıl medal alınmadı. Bunu çox istəyirdim. İstəyirdim ki, bayrağı birinci yerdə olsun. Amma vaxt var, irəliləyiş də var. Biz doğru istiqamətdəyik. Allahın köməyi ilə dayanmaq fikrim yoxdur. Bu, hələ başlanğıcdır. Gələn dəfə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlməyə çalışacağam”, – güləşçi deyib.

Djioyev güləşdə nəticələrin hər zaman gözlənilən kimi olmadığını da vurğulayıb: “Bu, güləşdir, gözlənilməz idman növüdür. Bir dəfə qalib gəlirsən, bir dəfə də uduzursan. Bu dəfə belə alındı”.

Kontekst

Oktyabrın 31-də Arseniy Djioyevin dünya çempionatının finalında Kayl Deyklə qarşılaşacağı açıqlanmışdı. Həmin gün 125 kq çəki dərəcəsində Giorgi Meşvildişvili də bürünc medal uğrunda güləşməli idi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…