Əsas məzmuna keç

Djioyev dünya çempionluğu, Meşvildişvili bürünc medal uğrunda güləşəcək

Djioyev dünya çempionluğu, Meşvildişvili bürünc medal uğrunda güləşəcək
— Foto: idman.biz

Azərbaycanın sərbəst güləşçiləri Arseniy Djioyev və Giorgi Meşvildişvili bu gün dünya çempionatında medal görüşlərinə çıxacaqlar.

en ru

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın iki sərbəst güləşçisi bu gün medal uğrunda mübarizə aparacaq.

125 kq çəki dərəcəsində çıxış edən Giorgi Meşvildişvili bürünc medal görüşündə macarıstanlı Vladislav Baytsayevlə qarşılaşacaq. 86 kq-da yarışan Arseniy Djioyev isə finalda təmsilçisi Kayl Deyklə dünya çempionluğu uğrunda güləşəcək.

Qeyd edək ki, yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…