Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın daha üç təmsilçisi mübarizəyə qoşulacaq. Yarışın növbəti günündə bir qadın və iki sərbəst güləşçi çıxış edəcək.
59 kq çəki dərəcəsində mübarizə aparan Ruzanna Məmmədova ilk görüşündə yaponiyalı Natsuki Yamaquçi ilə qarşılaşacaq.
Sərbəst güləşdə Rəşid Babazadənin (65 kq) rəqibi qırğızıstanlı Tairbek Jumaşbek, Maqomedxan Maqomedovun (97 kq) rəqibi isə belaruslu Aleksandr Quştin olacaq.
Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.
Kontekst
Oktyabrın 27-də dünya çempionatında qadınların mübarizəsi başlayıb. Azərbaycanı həmin yarışda Jalə Əliyeva, Birgül Soltanova və Ruzanna Məmmədova təmsil edir.