Əsas məzmuna keç

Trampın BBC-yə qarşı böyük iddiası batır: Məhkəmədən son XƏBƏRDARLIQ

Trampın BBC-yə qarşı böyük iddiası batır: Məhkəmədən son XƏBƏRDARLIQ

Hakim Donald Trampın hüquq komandasına tələb olunan sənədləri təqdim etmək üçün vaxt verib. Məhkəmə qərarına əməl olunmaması iddianın icraata xitam verilməklə rədd edilməsi də daxil olmaqla sanksiyalarla nəticələnə bilər.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Prezidenti Trampın Böyük Britaniyanın teleradio şirkətinə qarşı qaldırdığı böhtan iddiası tələb olunan sənədlərin məhkəməyə təqdim edilməməsi səbəbindən ləğv olunmaq təhlükəsi ilə üz-üzə qalıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Florida məhkəməsinin hakimi Enjolique Lett Trampın hüquq komandasının sənədləri toplama qaydası ilə bağlı narahatlığını ifadə edərək müvafiq qeydlərin noyabrın 23-dək təqdim olunmasını tələb edib. Hakim, həmçinin xüsusi hüquqlar əsasında gizlədilmiş materialların siyahısının noyabrın 5-dək hazırlanması barədə tapşırıq verib. Hakimin imzaladığı qərarda bildirilir ki, məhkəmə şərtləri yerinə yetirilməzsə, iddia icraata xitam verilməklə tam rədd edilə bilər.

2024-cü ildə yayımlanan "Panorama" sənədli filminin montajında onun 2021-ci il yanvarın 6-da Kapitoliyə (Konqres binasına) hücumu təşviq etdiyi təəssüratının yaradıldığını iddia edərək BBC-dən iri məbləğdə təzminat tələb edir.

BBC rəsmiləri məhkəməyə müraciət edərək Trampın sübutları açıqlamaqdan yayındığını və prosesi uzatdığını bildiriblər. Hakimin qərarına əsasən, Tramp dekabrın 11-dək and içərək ifadə verməlidir. BBC-nin vəkili Çarlz Tobin qeyd edib ki, oktyabrın 16-da planlaşdırılan ifadə prosesi Tramp tərəfindən Corciyada seçki kampaniyasında iştirak etmək məqsədilə ləğv olunub.

Qeyd edək ki, sözügedən sənədli film yayımlandıqdan sonra BBC-nin sədri Samir Şah montaj xətasına görə üzr istəmiş və bu qalmaqal qurumun baş direktoru Tim Davinin istefası ilə nəticələnmişdi. Bununla belə, BBC Florida məhkəməsinin bu işə baxmaq səlahiyyətinin olmadığını vurğulayaraq iddianın rədd edilməsini tələb edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…