Əsas məzmuna keç

İbrahim Talıbov Dakarda Yeniyetmələrin Olimpiadasında yarışacaq

İbrahim Talıbov Dakarda Yeniyetmələrin Olimpiadasında yarışacaq
— Foto: idman.biz

İbrahim Talıbov noyabrın 1-də Dakarda keçiriləcək Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarının cüdo yarışında 55 kq çəki dərəcəsində mübarizəyə başlayacaq.

en ru

Noyabrın 1-də Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarının cüdo yarışlarına start veriləcək.

Azərbaycanı 55 kq çəki dərəcəsində İbrahim Talıbov təmsil edəcək. O, noyabrın 1-də tatamiyə çıxacaq. Talıbov yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Emin İskəndərovun rəhbərliyi altında yarışacaq.

cüdoçuları Yeniyetmələrin Yay Olimpiya Oyunlarında indiyədək bir qızıl və iki gümüş medal qazanıblar. Vüqar Talıbov 2018-ci ildə Buenos-Ayresdə 66 kq çəki dərəcəsində Olimpiya çempionu olub. Natiq Qurbanlı 2014-cü ildə Nankində 55 kq, Leyla Əliyeva isə 44 kq çəki dərəcəsində gümüş medal qazanıblar.

Yarış noyabrın 3-də başa çatacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…