Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib.
Milli Olimpiya Komitəsinin məlumatına görə, ölkəmiz yarışda səkkiz idman növü üzrə 13 idmançı ilə çıxış edəcək. Ümumilikdə 23 nəfərlik heyətə idmançılarla yanaşı, səkkiz məşqçi, missiya rəhbəri və həkim daxildir.
Azərbaycan təmsilçilərinin siyahısı belədir:
- Çimərlik güləşi: Günel Kərimli (55 kq), Tunar Quliyev (70 kq), Nihad Süleymanlı (80 kq), Elgün Kərimli (90 kq);
- Üzgüçülük: Süleyman İsmayılzadə, Məryəm Cavadova;
- Taekvondo: Zəhra İsayeva (44 kq), Adil Kazımlı (73 kq);
- Boks: Gülər Hüseynova (51 kq);
- Qılıncoynatma: Abbas Hüseynov;
- Şosse velosipedi: Nihad Xudoyev;
- Cüdo: İbrahim Talıbov (55 kq);
- Yüngül atletika: Daniil Şuvayev.
Oyunların açılış mərasimi oktyabrın 31-də, bağlanış tədbiri isə noyabrın 13-də keçiriləcək.