Əsas məzmuna keç

İlham Əliyev Ərdoğanı təbrik etdi

İlham Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan Prezidenti Türkiyə liderinə göndərdiyi məktubda 29 oktyabr bayramı münasibətilə ən xoş arzularını çatdırıb və strateji müttəfiqliyi vurğulayıb.

en ru

İlham Əliyev Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyə Respublikasının milli – 29 Oktyabr Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün Türkiyə xalqına şəxsən öz adımdan və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycan ilə Türkiyəni tarixin sınaqlarından çıxmış əsl dostluq və qardaşlıq telləri bağlayır. 2021-ci ildə Sizinlə birgə imzaladığımız Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında münasibətlər ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə çataraq keyfiyyətcə yeni məzmun və mahiyyət kəsb etmişdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə Respublikasına və xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…