Əsas məzmuna keç

Məktəbdə jurnalistlərə hücum edənlər KİMDİR?

Məktəbdə jurnalistlərə hücum edənlər KİMDİR?

Yasamal rayonu 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə bağlı çəkiliş zamanı Real TV müxbiri Nigar Namiq və çəkiliş qrupu zorakılığa məruz qalıb.

en ru

Oktyabrın 29-da "Real TV"nin əməkdaşları paytaxtın rayonunda 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə bağlı apararkən hücuma məruz qalıblar. Şagirdləri hücuma təşviq edən şəxs məktəbin qarovulçusu olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə telekanalın müxbiri Namiq feysbuk hesabında paylaşım edib:

"Əməkdaşımız naməlum şəxslər tərəfindən təpikləndi, başından və üzündən xəsarətlər aldı. Biz vəzifəmizi yerinə yetirib, üstəlik həssas məsələ olduğu üçün etik çərçivələr daxilində çəkiliş aparan zaman belə bir halla qarşılaşdığımız üçün çox təəssüf edirəm. Şəkildəki kişi, qırmızı gödəkçəli oğlan da daxil olmaqla bir neçə nəfəri provokasiya edərək bizim hücuma məruz qalmağımıza şərait yaratdı. Bir də gördüm ki, əməkdaşımız təpiklənir, tapdalanır.

Mənim onları aralaşdırmağa gücüm çatmadı. Əlimdən yalnız özümü itirməyib "102"yə məlumat vermək gəldi. Bu zaman da kənardan nə məktəb işçiləri, valideynlər müdaxilə etdi, nə də jurnalistlər. İnsident törədənləri saxladı", - deyə jurnalist bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…