Əsas məzmuna keç

Bu ərazilərdə İŞIQ OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu ərazilərdə İŞIQ OLMAYACAQ - XƏBƏRDARLIQ

Sabah Bakının Yasamal, Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə "Azərişıq" ASC məlumat...

en ru

Sabah Bakının , Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində enerjisinin verilişində fasilə yaranacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 22-də Yasamal, Sabunçu və Xəzər rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurna işləri aparılacaq.

Yasamal Rayon Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transfornator Məntəqəsində (TM) həyata keçiriləcək ilə əlaqədar saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Xaqan Dadaşov, İsmayıl Talıblı, Vasif Əliyev, Zahid Kərimov, Zaur Kərimov küçələri, Hüseyn Cavid və Mətbuat prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Sabunçu RETSİ-yə daxil olan Bakıxanov qəsəbəsi Şərq və Ramiz Qəmbərov küçələrində yeni Özünüdaşıyan İzolyasiyalı Naqillərin (ÖİN) çəkilişi ilə əlaqədar saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Xəzər RETSİ ərazisində 6 kV-luq elektrik naqilləri yenisi ilə əvəz olunacaq. Yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi, və İzmir küçələrinin bəzi ərazilərində enerjinin verilişi məhdudlaşdırılacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…