“Mançester Yunayted”in baş icraçı direktoru Ömər Berrada baş məşqçi Maykl Kərikin vəzifədən göndərilməsi qərarının necə verildiyini açıqlayıb. Noyabrda milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə Kəriki ABŞ millisinin sabiq baş məşqçisi Maurisio Poçettino əvəz edib.
Berrada bildirib ki, Kərikə klubda böyük rəğbət bəslənməsi səbəbindən qərar vermək çətin olub. Onun sözlərinə görə, Kərik ötən mövsüm komandaya rəhbərlik edəndə “Mançester Yunayted” yaxşı nəticələr göstərib, vacib oyunlarda qalib gəlib, Çempionlar Liqasına vəsiqə qazanıb və üçüncü yeri tutub. Həmin vaxt klub rəhbərliyi Kərikin komandanı çalışdırmağa davam etməyə layiq olduğunu düşünüb.
Baş icraçı direktorun sözlərinə görə, yeni mövsüm başlayandan sonra vəziyyət gözlənildiyindən mürəkkəb olub, nəticələr qənaətbəxş olmayıb və komanda bir çox sahədə geriləyib.
Berrada qeyd edib ki, noyabr fasiləsinədək komandanın vəziyyətini və yaxşılaşdırılmalı məqamları təhlil ediblər. Sonda baş məşqçini dəyişmək qərarına gəliblər. O bildirib ki, mövsümün gedişində bəzən komandanın reaksiyasına və dinamikanın dəyişməsinə səbəb ola biləcək yeganə addım məşqçi dəyişikliyidir. Berradanın sözlərini Sky Sports yayıb.