“Mançester Yunayted”in baş məşqçisi Maurisio Poçettino klub azarkeşlərinin suallarını cavablandırıb. Argentinalı mütəxəssis komandadakı əsas məqsədindən, uşaqlıq kumirindən və “Old Trafford”da eşitdiyi mahnının onun üçün daşıdığı mənadan danışıb.
Poçettino bildirib ki, komandada ilk növbədə qələbələr qazanmaq istəyir. Bunun üçün hamının birlikdə çalışmasının, eyni hədəfə köklənməsinin və öz oyun fəlsəfələrini yaratmasının vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda əsas məsələ maksimum səviyyədə rəqabət aparmaq və qalib gəlməyin yolunu tapmaqdır. Mütəxəssis klubu xüsusi edən amillər sırasında azarkeşləri və qalibiyyət mədəniyyətini qeyd edib.
Baş məşqçi “Country Roads” mahnısının onun üçün böyük əhəmiyyət daşıdığını deyib. Poçettino ABŞ-də xüsusi bir şey yaratdıqlarını, mahnının dünya çempionatındakı qələbələrdən sonra səsləndiyini bildirib. O, mahnını “Old Trafford”da eşitməsini də bir işarə kimi qiymətləndirib.
Poçettino uşaqlıq kumirinin Dieqo Armando Maradona olduğunu söyləyib. Onun sözlərinə görə, Maradona uşaqlıqda kumiri olub və bu gün də, həmişəlik belə qalacaq. Baş məşqçinin cavabları “Mançester Yunayted”in mətbuat xidməti tərəfindən X sosial şəbəkəsində yayımlanan videoda yer alıb.