Əsas məzmuna keç

Xaqan Əhməd və Lalə Hüseynova qələbə ilə başladılar

Xaqan Əhməd və Lalə Hüseynova qələbə ilə başladılar
— Foto: idman.biz

Azərbaycan şahmatçıları Karakasda keçirilən 20 yaşadək gənclər arasında dünya çempionatının ilk turunda rəqiblərinə qalib gəliblər.

en ru

şahmatçıları Xaqan Əhməd və Lalə Hüseynova Venesuelanın paytaxtı Karakasda keçirilən 20 yaşadək gənclər arasında dünya çempionatına qələbə ilə başlayıblar.

Açıq turnirdə mübarizə aparan Xaqan ilk turda Venesuela təmsilçisi Kristian Qabriel Allen Leydensə qalib gəlib. Qızların yarışında çıxış edən Lalə isə litvalı Smilte Tsibulskiteni məğlub edib.

İkinci turda Xaqan perulu Fabian Rikardo Reyes Zavaleta ilə qarşılaşacaq. Lalənin növbəti rəqibi paraqvaylı Renata Valentina Mayereqqer Qonsales olacaq.

İsveçrə sistemi üzrə 11 turdan ibarət dünya çempionatı noyabrın 27-də başa çatacaq.

Kontekst

Xatırladaq ki, noyabrın 18-dən 27-dək Karakasda keçiriləcək U-20 dünya çempionatında Azərbaycanı Xaqan Əhməd və Lalə Hüseynova təmsil edəcək. Xaqan Avropa çempionatının U-14, dünya çempionatının isə U-16 yaş qrupunda qalib olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…