Əsas məzmuna keç

Read Səmədov dünya çempionatında rapid üzrə bürünc medal qazandı

Read Səmədov dünya çempionatında rapid üzrə bürünc medal qazandı
— Foto: idman.biz

Azərbaycan şahmatçısı Əl-Əyndə keçirilən U-20 dünya çempionatının rapid yarışında üçüncü yeri tutub.

en ru

şahmatçısı Read Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən rapid və blits üzrə gənclər arasında (U-20) dünya çempionatında rapid yarışının bürünc medalını qazanıb.

Azərbaycan Şahmat Federasiyasının məlumatına görə, ölkəni turnirdə Read Səmədov və Şiroğlan Talıbov təmsil edir. Rapid üzrə mübarizədə doqquz turdan sonra Səmədov 7 xal toplayaraq üçüncü olub və liderdən yarım xal geri qalıb.

Şiroğlan Talıbov rapid yarışını 6,5 xalla səkkizinci pillədə başa vurub. Turnirdə ümumilikdə 91 şahmatçı iştirak edir.

Blits üzrə yarışlar bu gün və sabah keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…