“Real Madrid” keçmiş dünya bir nömrəsi Rafael Nadalı klubun direktorlar şurasına daxil etmək niyyətindədir.
Klubun rəsmi saytının məlumatına görə, Madrid təmsilçisinin rəhbərliyi noyabrın 4-də 40 yaşlı ispaniyalının təyinatını klub üzvlərinin ümumi yığıncağının təsdiqinə təqdim etmək qərarı verib.
Nadal “Real Madrid”in fəxri üzvü və komandanın uzun müddətdir azarkeşidir.
İspaniyalı tennisçi peşəkar karyerası ərzində fərdi yarışlarda 92 titul qazanıb. Bu titulların 22-si “Böyük dəbilqə” turnirlərində əldə edilib. Nadal, həmçinin iki Olimpiya qızıl medalı qazanıb.