Əsas məzmuna keç

AFFA FIFA-dan təşəkkür məktubu alıb

AFFA FIFA-dan təşəkkür məktubu alıb

FIFA Azərbaycanda keçirilmiş U-15 dünya çempionatı və festivalında hakimliyin yüksək səviyyədə təşkilinə görə AFFA-ya təşəkkür edib. Bu barədə milli...

en ru

Azərbaycanda keçirilmiş U-15 və festivalında hakimliyin yüksək səviyyədə təşkilinə görə AFFA-ya təşəkkür edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə milli assosiasiya məlumat yayıb.

FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın AFFA-nın Cahangir Fərəcullayevə ünvanladığı rəsmi məktubda yarışda hakimliyin yüksək standartlara uyğun təşkil edilməsi və oyunların peşəkar səviyyədə idarə olunması yüksək qiymətləndirilib.

"Belə mühüm tədbirin uğurla həyata keçirilməsi yalnız peşəkar hazırlıq, yüksək təşkilatçılıq bacarığı və fədakar komanda işi sayəsində mümkün olub. Bu baxımdan AFFA-nın Hakimlər Komitəsi və Hakimlər Departamentinin göstərdiyi səyləri xüsusi qeyd etmək istəyirik", – deyə məktubda bildirilib.

Pyerluici Kollina hakimliyin təşkili və oyunların idarə olunmasında iştirak edən bütün əməkdaşlarına, xüsusilə də azərbaycanlı futbol hakimlərinə FIFA U-15 dünya çempionatı və festivalının uğurla keçirilməsinə verdikləri əvəzsiz töhfəyə görə təşəkkür edib.

Qeyd edək ki, Azərbaycanda keçirilmiş FIFA U-15 dünya çempionatı və festivalının oyunlarında ümumilikdə 86 hakim iştirak edib. Onlardan 80-i azərbaycanlı, 3-ü Gürcüstandan, 3-ü isə Türkiyədən dəvət olunmuş hakimlər olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…