Əsas məzmuna keç

Samvel Karapetyan təkrar saxlanılıb

Samvel Karapetyan təkrar saxlanılıb

Ermənistanın “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan yenidən saxlanılıb. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Karapetyanı evinin...

en ru

Ermənistanın “Güclü ” partiyasının lideri yenidən saxlanılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” “Sputnik Armenia”-ya istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Karapetyanı evinin arxa qapısından aparıblar.

Qeyd edək ki, noyabrın 4-də səhər saatlarından etibarən Samvel Karapetyanın və “Güclü Ermənistan” parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarışlar aparılıb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, iqtisadi cinayətlər və qaçaqmalçılıqla bağlı çərçivəsində eyni vaxtda 65 ünvanda axtarış keçirilir.

Ermənistan İstintaq Komitəsi “Taşir” Şirkətlər Qrupunun rəhbəri, müxalif “Güclü Ermənistan” Partiyasının sədri Samvel Karapetyanın və onun qardaşı oğlu, parlament deputatı, “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarışlar aparır.

“Operativ Məlumat Mərkəzi-OMM” “İnterfaks“a istinadən xəbər verir ki, Güclü Ermənistan” Partiyasının mətbuat katibi Aqavni Sukiasyan hesabında bildirib ki, axtarışlar noyabrın 4-də səhər saatlarından başlayıb.

“Bu gün səhər tezdən Ermənistan İstintaq Komitəsinin müstəntiqləri Samvel Karapetyan və Narek Karapetyanın evlərində axtarışlar aparırlar. Axtarışlar Karapetyanlar ailəsi ilə əlaqəli digər ünvanlarda da həyata keçirilir”, – o qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…