Əsas məzmuna keç

İki ölkənin Fövqəladə Hallar nazirlikləri yeni əməkdaşlıq planı imzalayacaq

İki ölkənin Fövqəladə Hallar nazirlikləri yeni əməkdaşlıq planı imzalayacaq

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya səfərə gəlib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) sosial şəbəkələrdəki...

en ru

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya səfərə gəlib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin () sosial şəbəkələrdəki məlumatında bildirilib.

Səfər çərçivəsində Aleksandr Kurenkov Azərbaycanın fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyevin müşayiəti ilə Fəxri xiyabanı ziyarət edərək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Daha sonra Şəhidlər xiyabanındakı abidənin önünə gül dəstələri qoyub.

Bu gün Bakıda və Rusiyanın fövqəladə hallar nazirləri Kəmaləddin Heydərov və Aleksandr Kurenkov arasında görüş keçiriləcək. Görüşün yekunları üzrə tərəflər 2029-cu ilədək olan dövr üçün birgə fəaliyyət planı imzalamağı planlaşdırırlar.

Həmçinin A.Kurenkovun Azərbaycanın Əli Əsədovla da görüşü planlaşdırılır.

Bundan başqa, rusiyalı nazir yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI və qadınlar arasında XII dünya çempionatının açılış mərasimində iştirak edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…