Əsas məzmuna keç

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib

Rövşən Nəcəf Qurban Qurbanovu təbrik etdi, 2026-cı ilin büdcəsi və hakimlər üçün yeni bonus sistemi təsdiqləndi. Sərxan İbadovun təyinatı və FIFA U-20 təfərrüatı.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, milli assosiasiyanın prezidenti Rövşən Nəcəf əvvəlcə UEFA Çempionlar Liqasında “”ın bu mövsüm qazandığı uğurlar münasibətilə komandanın Qurban Qurbanovu təbrik edib, bu nəticələrin futbolunun beynəlxalq nüfuzunun artmasına töhfə verdiyini vurğulayıb. AFFA-nın prezidenti daha sonra iclasın gündəliyi barədə məlumat verib.

İlk olaraq AFFA-nın 2026-cı il üçün büdcəsi müzakirə olunaraq təsdiqlənib.

Ardınca AFFA-nın Cahangir Fərəcullayev Əvəzedicilər Liqasının 2026/2027-ci illər mövsümü üçün statusu barədə geniş məlumat verib. Məsələ ətrafında İcraiyyə Komitəsi üzvləri tərəfindən təkliflər səsləndirilib, yekun qərarın verilməsi üçün Klublar Komitəsinin rəyinin alınmasının məqsədəuyğun olduğu bildirilib.

Daha sonra AFFA-nın baş katibinin müavini Elçin Məmmədov Misli Premyer Liqası klublarının akademiyalarında aparılmış yerində təhlillər üzrə hesabatı təqdim edib.

İclasda Hakimlər Komitəsinin tərkibinin formalaşdırılması məsələsinə də baxılıb. Qərara əsasən, Asim Xudiyev, Şahin Cəfərov və Elçin Səmədli yekdilliklə komitənin yeni üzvləri təyin olunublar.

Eyni zamanda Misli Premyer Liqası hakimləri üçün nəzərdə tutulan yeni bonus sistemi baş katib Cahangir Fərəcullayev tərəfindən təqdim olunub. Bu sistemin hakimlərin fəaliyyətinin stimullaşdırılmasına və oyunlarda idarəçiliyin keyfiyyətinin artırılmasına xidmət edəcəyi bildirilib. Təklif olunan sistem İcraiyyə Komitəsinin üzvlərinin səsverməsi ilə təsdiq edilib.

İclasda AFFA-nın növbəti Hesabat Konfransının tarixi də müəyyənləşdirilib. Konfransın 2026-cı il aprelin 3-də keçirilməsi qərara alınıb.

Oyunçuların Statusu və Transferi Komitəsinin sədri Tural Eyvazovun öz xahişi ilə vəzifəsindən ayrılması ilə bağlı ərizəsi qəbul edilib. Qərara əsasən, bu komitəyə Sərxan İbadov yeni sədr seçilib.

Sonda 2027-ci ildə Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 ilə əlaqədar ev sahibliyi müqaviləsi təsdiqlənib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…