Rövşən Çingiz oğlu Nəcəf
SOCAR-ın prezidenti
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)
Tərcümeyi-hal
Rövşən Çingiz oğlu Nəcəf 9 aprel 1982-ci ildə Bakı şəhərində anadan olub. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant kimi başlayıb. 2003–2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İnvestisiya siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi, 2008–2009-cu illərdə SOCAR-ın Sərmayələr İdarəsində Sərmayələr üzrə kontraktlar şöbəsinin rəisi olub. 2009–2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri və nazirin köməkçisi, 2010–2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru işləyib.
Prezidentin sərəncamları ilə 11 may 2018-ci ildə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri, 28 avqust 2019-cu ildə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, 11 fevral 2020-ci ildə iqtisadiyyat nazirinin müavini, 24 dekabr 2021-ci ildə iqtisadiyyat nazirinin birinci müavini təyin edilib. 10 fevral 2022-ci ildə SOCAR-ın birinci vitse-prezidenti və prezident vəzifəsinin müvəqqəti icraçısı, 21 iyul 2022-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunub.
3-cü dərəcəli dövlət müşaviridir.
Təhsil
- 1997–2001 — Azərbaycan Dövlət İqtisad Universiteti, beynəlxalq iqtisadi münasibətlər fakültəsi, bakalavr
- 2001–2003 — Azərbaycan Dövlət İqtisad Universiteti, magistratura (fərqlənmə ilə)
- 2007–2008 — Kolumbiya Universiteti (ABŞ), iqtisadi siyasətin idarə edilməsi / beynəlxalq enerji menecmenti və siyasəti üzrə magistr
- İqtisadiyyat üzrə fəlsəfə doktoru
Xəbərlərdə
-
AFFA prezidenti Rövşən Nəcəf Ronaldinyo ilə görüşüb 14 noyabr 2024
-
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb 17 may 2024