Tərcümeyi-hal
Zakir Zaur oğlu İbrahimov 2 aprel 1974-cü ildə Bakı şəhərində anadan olub.
1993–1995-ci illərdə TAİS Azərbaycan Gənclər İnteqrasiya Mərkəzində hüquq və biznesin inkişafı üzrə mütəxəssis, 1995–1998-ci illərdə “Azticarət” ASC-də aparıcı mütəxəssis işləyib. 1998–2002-ci illərdə “Azpetrol LTD” MMC-də Xüsusi layihələrin koordinasiyası və təchizat şöbəsinin müdiri, 2003–2004-cü illərdə “EUPEC PipeCoating Azerbaijan LLC”də baş direktorun müavini, 2004–2005-ci illərdə “Azpetrol Neft Şirkəti” MMC-də departament müdiri olub. 2005–2006-cı illərdə Moldovada “Azpetrol SRL” şirkətinin, 2006–2009-cu illərdə “EVR LTD” MMC-nin baş direktoru işləyib. 2009–2016-cı illərdə “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri olub.
26 may 2016-cı ildən “AzerGold” QSC-nin İdarə Heyətinin sədridir.
Təhsil
- 1990 — Leninqrad Dövlət Universiteti, hüquqşünaslıq fakültəsi (daxil olub)
- 1995 — Bakı Dövlət Universiteti, hüquqşünaslıq fakültəsi
- 2004–2006 — Odlar Yurdu Universiteti və Corciya Dövlət Universitetinin (ABŞ) MBA proqramı, biznesin təşkili və idarəedilməsi
Xəbərlərdə
-
Zakir İbrahimov: Dağ-mədən sənayesində dəyər zənciri genişlənəcək 22 sentyabr 2026